www.science.az
24.07.2019 09:43

Zoologiya İnstitutunun əməkdaşları Şamaxıda tədqiqatlar aparıblar

AMEA-nın Zoologiya İnstitutunun əməkdaşları Şamaxı rayonunda ekspedisiyada olublar.

Ekspedisiya zamanı Dağlıq-Şirvan bölgəsinin Şamaxı rayonu ərazisinin Dəmirçi kəndində Dəmirçay ətrafı, həyətyanı sahələr, meşə ətrafı otlaqlar, üzümlüklər və otlaqlardan gündüzlər entomoloji torla çalma ilə, gecələr isə lampa işığında qarışçı kəpənəkləri (Geometridae) toplanılıb. Həmçinin Şamaxı rayonunun Şirvangöl, Səringöl su tutarlarından, Pirsaat çayı və Ağsu çaylarından, göllərdən sıyrıc və hidrobioloji tor vasitəsi ilə su həşəratları da yığılıb. 

Əldə olunan materiallar təyinat üçün laboratoriyaya gətirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.