Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Torpaqşünaslıq və Aqrokimya İnstitutu əməkdaşlıq əlaqələrini genişləndirir
25.07.2019 16:59
  • A-
  • A
  • A+

Torpaqşünaslıq və Aqrokimya İnstitutu əməkdaşlıq əlaqələrini genişləndirir

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Əlövsət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti AR Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda olublar.

İnstitutun direktoru, b.ü.f.d Cavanşir Təlai və Aqrokimya şöbəsinin müdiri, a.e.ü.f.d. İmrəli Hacıməmmədovla görüşdə məqsəd ikitərəfli əməkdaşlıq çərçivəsində bağlanmış müqaviləyə əsasən aparılan tədqiqat işlərinin gedişatı ilə tanışlıq və işlərin icrasında yaranmış problemlərin aradan qaldırılması məsələlərinin müzakirəsi olub.

Görüş zamanı birgə elmi-tədqiqat və layihə işlərinin aparılması sahəsində fəaliyyətin genişləndirilməsi qərara alınıb.

Daha sonra institutun şöbə və laboratoriyalarında aparılan aqrokimyəvi analitik işlərə və yeni avadanlıqlara baxış keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: