www.science.az
02.08.2019 14:50

Zoologiya İnstitutunun əməkdaşları Gədəbəydə ekspedisiyada olublar

AMEA-nın Zoologiya İnstitutunun əməkdaşları Gədəbəy rayonunun yüksək dağlıq ərazilərində ekspedisiyada olublar.

Ekspedisiya zamanı batraxo və herpetofaunanın eko-faunistik tədqiqi məqsədilə çöl-tədqiqat materialları, batraxofaunanın geniş yayılmış və iqtisadi cəhətdən faydalı növü olan Göl qurbağasına (Pelophylax ridibundus) aid materiallar toplanıb.

Bundan əlavə, bu növün yayılmasının molekulyar-genetik və ekoloji xüsusiyyətləri araşdırılıb, kriptik formaların qarşılıqlı əlaqələri, həmçinin onların ərzaq əhəmiyyəti olan populyasiyaların formalaşmasında rolu öyrənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.