Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının növbəti nömrəsi çap olunub
05.08.2019 09:12
  • A-
  • A
  • A+

“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının növbəti nömrəsi çap olunub

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” beynəlxalq elmi jurnalının 2019-cu ildə birinci sayı nəşr olunub. 

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat institutunun direktoru, akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə çap olunan jurnalın bu sayında dünya ədəbiyyatı və türk xalqları ədəbiyyatı ilə qarşılıqlı müqayisəli təhlillərin yer aldığı elmi məqalələr işıq üzü görüb. 

Xatırladaq ki, jurnal uzun müddət “Ədəbi əlaqələr” adı ilə fəaliyyət göstərib. AMEA Rəyasət Heyətinin jurnalların təkmilləşdirilməsi ilə bağlı qərarından sonra komparativistika istiqmətində ixtisaslaşan jurnalın adı dəyişdirilərək “Müqayisəli ədəbiyyatşünaslıq” adlandırılıb. Nəşrin Çingiz Aytmatovun 90 illiyinə həsr olunmuş Xüsusi buraxılışı 2018-ci ildə bu adda çap olunub.

“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mətbu nəşrlərin reyestrinə daxil edilib və Beynəlxalq ISSN kodu alınıb. Jurnalın redaksiya heyətinə Azərbaycan, Türkiyə, Rusiya, Çin, Cənubi Koreya, Özbəkistan, Bolqarıstan, Qırğızıstan, Macarıstan, Çexiya, Başqırdıstan, Tatarıstan, Qazaxıstan, Türkmənistan, Ukrayna və Polşanın alimləri daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: