www.science.az
05.08.2019 15:37

AMEA-nın müxbir üzvü Hafiz Əlimərdanova həsr olunan biobiblioqrafik göstərici işıq üzü görüb

AMEA-nın müxbir üzvü Hafiz Əlimərdanovun 70-illiyinə həsr olunmuş biobiblioqrafik göstəricisi çapdan çıxıb.

H.Əli­mər­da­no­vun hə­ya­tı, el­mi-pe­da­qo­ji və ic­ti­mai fəa­liy­yə­tini əks et­di­rən bu bib­li­oq­ra­fik gös­­­­tə­­ri­­ci 1973-cü il­dən 2018-ci ilə qə­dər olan döv­rü əha­tə edir.

Gös­tə­ri­ci­yə ali­min el­mi əsər­lə­ri­nin – mo­noq­ra­fi­ya­­la­rı, dərs­lik və dərs və­sa­it­lə­ri, döv­­rü nəşr­­lər­də Azər­­­bay­can, rus və in­gi­lis di­lin­də dərc olun­­muş el­mi və pub­li­sis­tik mə­qa­lə­lə­ri, res­pub­li­ka və bey­­­­nəl­xalq əhə­miy­yət­li konf­rans­lar­da mə­ru­zə və çı­­xış­­­­la­rı, el­mi-təd­qi­qat iş­lə­ri, abi­tu­ri­yent­lər üçün ha­zır­lıq test­lə­ri, kim­ya­dan olim­pia­da mə­sə­lə­lə­ri və s. bib­li­oq­ra­fi­ya­sı da­xil edil­miş­dir.

Bib­li­oq­ra­fi­ya­da, həm­çi­nin Azər­bay­can, rus, in­gi­lis dil­lə­rin­də ali­min hə­ya­tı, el­mi, pe­da­qo­ji, ic­ti­mai fəa­liy­yə­ti haq­qı­da qı­sa oçerk, rəh­bər­lik et­di­yi və ya məs­lə­hət­çi­si ol­du­ğu dis­ser­ta­si­ya­lar, tər­tib­çi­si və re­dak­to­ru ol­du­ğu mən­bə­lər­lə bağ­lı böl­mə­lər ve­ril­miş­dir.

Bi­ob­li­oq­ra­fik gös­tə­ri­ci­də ve­ril­miş ma­te­ri­al­lar xro­­­no­­loji­­ qay­da­da, əlif­ba sı­ra­sı ilə yerləşdirilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.