Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Elm” nəşriyyatının yeni loqosu və şüarı müəyyənləşib
06.08.2019 12:34
  • A-
  • A
  • A+

“Elm” nəşriyyatının yeni loqosu və şüarı müəyyənləşib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Elm” nəşriyyatının yeni loqosu və şüarı müəyyənləşib.

“Elm” nəşriyyatının direktoru Səbuhi Qəhrəmanov bildirib ki, müəssisənin korporativ imicinin yenilənməsi istiqamətində işlər “AMEA-nın “Elm” nəşriyyatının fəaliyyətinin təkmilləşdirilməsi üzrə 2019-2020-ci illər üçün tədbirlər planı”na uyğun olaraq həyata keçirilir. “Elm” nəşriyyatının yeni loqosu elm və kitabın simvolik vəhdətindən ibarətdir. Loqo cəmiyyətin intellektual tərəqqisini təmin edən elmin dəyərli kitabların mütaliəsindən doğması fikrini özündə ehtiva edir.

Nəşriyyatın şüarı isə “Elm – tərəqqiyə aparan yol”dur. Nəşriyyat fundamental, tətbiqi və eksperimental tədqiqatların nəticəsi olan sanballı akademik nəşrlərlə yanaşı, elmi geniş ictimaiyyətə çatdıracaq elmi-populyar ədəbiyyatların da nəşrini qarşısına məqsəd qoyub. Həmçinin müəssisənin işini müasir tələblər səviyyəsində qurmaq üçün kompleks tədbirlər həyata keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: