Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Türkiyə Milli Botanika Bağı ilə Mərkəzi Nəbatat Bağı arasında əməkdaşlıq genişlənir
07.08.2019 15:42
  • A-
  • A
  • A+

Türkiyə Milli Botanika Bağı ilə Mərkəzi Nəbatat Bağı arasında əməkdaşlıq genişlənir

Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Ankara şəhərində yerləşən Türkiyə Milli Botanika Bağının bir qrup əməkdaşı Mühərrəm Cihan, Dr. Özləm Mavi İdman və Mərvə Yılmaz AMEA Mərkəzi Nəbatat Bağında olublar.

Mərkəzi Nəbatat Bağının direktoru v.i.e., b.e.d. Vahid Fərzəliyev qonaqlara bağın elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, kolleksiya sahələrində olan bitkilər haqqında məlumat verib. Qonaqlar qızılgül, dərman və nadir bitkilərin kolleksiya sahələri ilə yaxından tanış olub, iki qardaş ölkə arasında əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirərək birgə tədqiqatların aparılması, kadr və təcrübə mübadiləsi, müştərək layihələr və ekspedisiyaların təşkili, bitki materiallarının mübadiləsi üçün geniş imkanların olduğunu vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: