Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Coğrafiya İnstitutunun direktoru Pekində keçiriləcək beynəlxalq konfransda iştirak edəcək
06.06.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Coğrafiya İnstitutunun direktoru Pekində keçiriləcək beynəlxalq konfransda iştirak edəcək

AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunundirektoru, AMEA-nın müxbir üzvü, professor Ramiz Məmmədov Ətraf Mühitin Ekologiyası Beynəlxalq Təşkilat Komitəsinin dəvəti ilə iyunun 13-dən 17-dək Pekində (Çin) ezamiyyətdə olacaq.

R.Məmmədov Çin Milli Elmlər Akademiyası Coğrafiya Elmləri və Təbii Resursların Tədqiqi İnstitutunda keçiriləcək “Yeni İpək Yolu iqtisadi zonasının ekologiya, ətraf mühit və davamlı inkişafı” beynəlxalq konfransında məruzə ilə çıxış edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: