Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Avropa Komissiyasının "Horizon 2020" proqramının iştirakçıları Milli Azərbaycan Tarixi Muzeyində olublar
26.08.2019 16:49
  • A-
  • A
  • A+

Avropa Komissiyasının "Horizon 2020" proqramının iştirakçıları Milli Azərbaycan Tarixi Muzeyində olublar

Avropa Komissiyasının “Horizon 2020” proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsinin üzvləri AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin qonağı olublar.

Layihənin ümumi əlaqələndiricisi Avstriyanın Karl və Frans adına Qrats Universitetinin Cənub-Şərqi Avropa tarixi və antropologiyası kafedrasının müdiri, professor Karl Kayzer, layihənin Azərbaycan üzrə milli əlaqələndiricisi Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, t.ü.f.d. Zaur Həsənov, Bolqarıstanın Cənub-Qərb Universitetinin əməkdaşları, dos. Maryana Piskova və dos. Anastasiya Paşova muzeyin direktoru, akademik Nailə Vəlixanlı ilə görüşüblər. Onlara muzeyin fəaliyyətim və fondları barədə ətraflı məlumat verilib.

Daha sonra qonaqlar muzeyin Şərq zalı, orada gedən bərpa işləri, həmçinin Neqativ fondunun materialları ilə tanış olublar.

Muzeyin fondları və zəngin kolleksiyası avstriyalı alimlərin xüsusi marağına səbəb olub. Onlar bir neçə gün muzeyin Sənədli mənbələr və Neqativ fondlarında araşdırma aparmaq niyyətində olduqlarını bildiriblər. Tədqiqatın məqsədi burada qorunan fotomaterial və digər sənədli materialların sistemli şəkildə təhlil olunmasıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: