Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Rəsədxanada “IV Kosmos yay festivalı” təşkil edilib
27.08.2019 17:04
  • A-
  • A
  • A+

Rəsədxanada “IV Kosmos yay festivalı” təşkil edilib

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) "IV Kosmos Yay festivalı" keçirilib. Düşərgə şəraitində təşkil olunan festivala 50-yə yaxın kosmos həvəskarı qatılıb.

Tədbir ŞAR, Tusi-Bohm Planetarium, Astronomiya klubu, GEO klub və Kosmologiyanın birgə təşkilatçılığı ilə reallaşdırılıb. Təşəbbüsün məqsədi iştirakçıların kosmos haqqında nəzəri və praktiki biliklərinin artırılması olub.

Əvvəlcə ŞAR-ın Planetlər və kiçik səma cisimləri şöbəsinin müdiri, f.ü.f.d. Ədalət Ətayi festival iştirakçılarını rəsədxananın muzeyi ilə tanış edib, buradakı eksponatlar haqqında ətraflı məlumat verib.

Sonra iştirakçıların müəyyən edilmiş kamp ərazisindən meşəyə yürüşü təşkil edilib.

Daha sonra rəsədxananın konfrans zalında təşkil olunan tədbirdə Ədalət Ətayi astronomiya elmi haqqında məruzə ilə çıxış edib. O, iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırıb.

Konfransın ardınca ŞAR-ın əməkdaşı, a.ü.f.d. Orxan Xəlilov 2 m-lik teleskopun tarixi, iş prinsipi, onun vasitəsilə aparılan elmi-tədqiqat işlərinin nəticələri barədə iştirakçılara məlumat verib.

Düşərgə iştirakçıları, həmçinin rəsədxananın elmi işçisi Səbahəddin Alışovun müşayəti ilə 70 santimetrlik teleskop vasitəsilə gecə müşahidəsində olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: