Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elmin cazibəsi” adlı kitab nəşr olunub
28.08.2019 11:15
  • A-
  • A
  • A+

“Elmin cazibəsi” adlı kitab nəşr olunub

Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, yazıçı-jurnalist Şirməmməd Nəzərlinin “Elmin cazibəsi” kitabı AMEA-nın “Elm” nəşriyyatında çapdan çıxıb.

Kitab Yer Elmləri Bölməsi alimlərinin nailiyyətləri ilə bağlı müsahibə və elmi məqalələrdən, həmçinin tarixboyu elmin məfhumlarda və əməli işdə mövcudluğu barədə yazılardan ibarətdir. 

Elmin populyarlaşdırılması məqsədilə hazırlanmış, elm adamları, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş nəşr “Müsahibələr”, “Məqalələr”, “Tarixdə elm sözü və elmin özü” fəsillərindən ibarətdir. Birinci və ikinci fəsillərdə yer almış materialların hamısı son bir-iki il ərzində ölkə mətbuatında dərc edilmiş yazılardır. Üçüncü fəsil müsəlman Şərqində alimlərin elmi nailiyyətlərinə, elm haqqında deyilmiş müdrik sözlərə və məşhurların bilik barədə söylədikləri kəlamlara həsr edilib. 

Kitabın redaktoru geologiya-mineralogiya elmləri doktoru Novruz Novruzov, “Ön söz”ünün müəllifi və rəyçisi isə akademik Fəxrəddin Qədirovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: