Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

02.09.2019 12:03
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunun Ağsu Təcrübə-Dayaq Məntəqəsində yetişdirilən məhsul AMEA-nın elmi bölmələrinə paylanılır

Zoologiya İnstitutunun Ağsu Təcrübə-Dayaq Məntəqəsində yetişdirilən məhsul AMEA-nın elmi bölmələrinə paylanılır

AMEA Zoologiya İnstitutunun Ağsu Təcrübə-Dayaq Məntəqəsinin üzüm bağlarında yetişdirilən məhsulun paylanması davam etdirilir.

Əldə edilən 800 kiloqram məhsul AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinə təhvil verilib.

Qeyd edək ki, Zoologiya İnstitutunun Ağsu Təcrübə-Dayaq Məntəqəsində elmi-tədqiqat məqsədilə salınmış 1 hektar üzüm bağında mütəxəssislər tərəfindən bitkinin məhsuldarlığının azalmasına təsir edən zərərvericilər və onlara qarşı inteqrir mübarizə üzrə geniş araşdırma aparılıb. Tədqiqat işlərinin nəticəsi olaraq bu il üzüm bağından 10 tona yaxın məhsul əldə edilib.

Zoologiya İnstitutunun Elmi Şurası və Həmkarlar Təşkilatının birgə iclasında bu məhsulun AMEA-nın elmi bölmələrinə verilməsi qərara alınıb. İlk olaraq 1,5 ton məhsul Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin institutlarına verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: