Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Soltan Mehdiyevin "Seçilmiş əsərləri”nin birinci cildi çapdan çıxıb
03.09.2019 14:59
  • A-
  • A
  • A+

Akademik Soltan Mehdiyevin "Seçilmiş əsərləri”nin birinci cildi çapdan çıxıb

Respublikamızda neft kimyasının inkişafında əhəmiyyətli rol oynamış görkəmli alim, akademik Soltan Mehdiyevin "Seçilmiş əsərləri”nin birinci cildi çapdan çıxıb.

Bu cildə alimin naften karbohidrogenləri və onların katalitik çevrilmələrinə dair tədqiqatları, həmçinin tsiklanlar kimyası sahəsində apardığı araşdırmaları daxil edilib. 

Yeni nəşr akademik Vaqif Abbasov, AMEA-nın müxbir üzvü Hafiz Əlimərdanov, professor Elmira Süleymanova və k.ü.f.d. Cəfər Mehdiyevin redaktorluğu ilə hazırlanıb.

"Seçilmiş əsərlər”in birinci cildi kimya, kimya mühəndisliyi ixtisasları üzrə təhsili alan tələbə və doktorantlar, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: