www.science.az
06.09.2019 09:42

Ağsu Təcrübə-Dayaq Məntəqəsində yetişdirilən məhsulun AMEA-nın elmi bölmələrinə paylanması prosesi davam edir

AMEA Zoologiya İnstitutunun Ağsu Təcrübə-Dayaq Məntəqəsinin üzüm bağlarında yetişdirilən məhsul AMEA-nın elmi bölmələrinə paylanılır. Bu dəfə əldə edilən 1.5 ton məhsul Yer Elmləri Bölməsinə təhvil verilib.

Qeyd edək ki, Ağsu Təcrübə-Dayaq Məntəqəsində elmi-tədqiqat məqsədilə salınmış 1 hektar üzüm bağında mütəxəssislər tərəfindən bitkinin məhsuldarlığının azalmasına təsir edən zərərvericilər və onlara qarşı inteqrir mübarizə üzrə geniş araşdırma aparılıb.

Tədqiqat işlərinin nəticəsi olaraq bu il üzüm bağından 10 tona yaxın məhsul əldə edilib. Əldə olunan ilk 1,5 ton məhsul AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə, daha sonra 800 kiloqram məhsul isə Biologiya və Tibb Elmləri Bölməsinə verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.