Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

09.09.2019 09:42
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun nəşri Rusiyada “Qran Pri”yə layiq görülüb

Əlyazmalar İnstitutunun nəşri Rusiyada “Qran Pri”yə layiq görülüb

Rusiyanın paytaxtı Moskva şəhərində 32-ci Beynəlxalq Kitab Yarmarkası öz işinə başlayıb.

Beynəlxalq tədbirdə azərbaycanlı alimlərin 200 adda kitabı təqdim olunur.

Yarmarka çərçivəsində təşkil olunan müsabiqədə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən çap edilən Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması birinci dərəcəli mükafata – “Qran Pri”yə layiq görülüb.

Qeyd edək ki, “Şərq-Qərb” nəşriyyatında işıq üzü görən vəsaitə AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli geniş “Ön söz” yazıb. Əsərdəki illüstrasiyaların müəllifi isə institutun əməkdaşı, Əməkdar rəssam Fəxrəddin Əlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: