Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA Rəyasət Heyətində Rusiya Dövlət Ermitaj Muzeyinin direktor müavini ilə görüş keçirilib
04.11.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətində Rusiya Dövlət Ermitaj Muzeyinin direktor müavini ilə görüş keçirilib

AMEA Rəyasət Heyətində Rusiya Dövlət Ermitaj Muzeyinin direktor müavini, tarix elmləri doktoru Georgi Vadimoviç Vilinbaxov ilə görüş keçirilib.

 

Görüş zamanı AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan və Rusiya elmi əlaqələrinin tarixi köklərindən söhbət açıb, akademiyanın humanitar sahədə fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin əsas elmi istiqamətləri barədə qonağa məlumat verib. Ölkələrimiz arasında elmi əməkdaşlıq əlaqələrinin inkişafından söz açan akademik Rusiya ilə elm sahəsində uğurlu əməkdaşlıq əlaqələrinin bundan sonra da davam etdiriləcəyini, xüsusilə humanitar elmlər sahəsində hər iki ölkə arasında perspektivlərin mövcud olduğunu vurğulayıb.

 

Səmimi görüşə görə təşəkkür edən G.Vilinbaxov ölkələrimiz arasında uzun tarixi əməkdaşlığı önə çəkərək humanitar elmlər sahəsində qarşılıqlı elmi əlaqələri yüksək qiymətləndirib. O, hər iki ölkənin elmi əməkdaşlığının bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirib.

 

Görüş çərçivəsində AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev apardığı tədqiqatlardan danışıb, Naxçıvanın tarixi ilə bağlı Ermitaj Muzeyində, eləcə də Sankt-Peterburqun arxivlərində tədqiqatlarını davam etdirmək niyyətində olduğunu bildirib.

 

Görüşdə humanitar elmlərin, xüsusilə də tarix elminin bir sıra istiqamətləri və s. məsələlər barədə müzakirələr aparılıb. Qarşılıqlı elmi əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsi məqsədilə bir sıra vacib məsələlərin həyata keçirilməsi barədə tərəflər arasında qarşılıqlı razılıq əldə edilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: