Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alimlər Çində keçirilən beynəlxalq forumda iştirak ediblər
12.09.2019 14:40
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər Çində keçirilən beynəlxalq forumda iştirak ediblər

10-12 sentyabr tarixlərində Çinin Sian şəhərində Avrasiya İqtisadi Forumu keçirilib.

Forumun məqsədi "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində ölkələr, onların ayrı-ayrı şəhərləri və regionları, beynəlxalq təşkilatlar, iri şirkətlər arasında birgə əməkdaşlığı təşviq etmək, bununla bağlı məsələlərin müzakirəsi üçün dialoq və qarşılıqlı əməkdaşlıq platformasını təmin etmək olub.

Tədbirdə ölkəmizi AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov və institutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rüfət Efendiyev təmsil ediblər.

Açılış mərasimində çıxış edən Çin Dövlət Şurası Sədrinin (Baş nazir) müavini Hu Çunxua bildirib ki, Avrasiya İqtisadi Forumu iştirakçı ölkələr arasında iqtisadi əlaqələrin qurulması və genişlənməsi baxımından vacib rol oynayır.

Daha sonra forum çərçivəsində maliyyə, ekologiya, mədəniyyət, turizm, elm və texnika, təhsil, elektron ticarət və s. məsələlər üzrə müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: