Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA-nın vitse-prezidenti Kazanda bir sıra səmərəli görüşlər keçirib
13.09.2019 14:16
  • A-
  • A
  • A+

AMEA-nın vitse-prezidenti Kazanda bir sıra səmərəli görüşlər keçirib

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Tatarıstan Respublikasının paytaxtı Kazana səfəri zamanı Tatarıstan Elmlər Akademiyasının prezidenti, akademik Makzum Salaxovla görüşüb.

Görüşdə iki ölkənin elmlər akademiyaları arasında bir il əvvəl imzalanmış əməkdaşlıq protokoluna uyğun olaraq, humanitar və ictimai elmlər sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Həmçinin Tatarıstan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Daniya Zaqidullina ilə görüşən alim ədəbiyyat sahəsində ortaq layihələrdə iştirak və ədəbi cərəyanların öyrənilməsində təcrübə mübadiləsi barədə danışıqlar aparıb.

Kazan səfəri çərçivəsində akademik İ.Həbibbəyli Tatarıstan Respublikası Dövlət Şurasının Elm, təhsil, mədəniyyət və milli məsələlər komitəsinin sədri, Xalq şairi Razil Valeyevlə görüşüb, eləcə də Tatarıstan ədəbiyyatının klassiki Abdulla Tokayın ev-muzeyində olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: