Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.09.2019 14:15
  • A-
  • A
  • A+

Azərbaycan Beynəlxalq İpək Yolu Akademiyasının yaradılmasını dəstəkləyir

Azərbaycan Beynəlxalq İpək Yolu Akademiyasının yaradılmasını dəstəkləyir

AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov və institutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rüfət Efendiyev Çində Beynəlxalq İpək Yolu Akademiyasının yaradılması üzrə Hazırlıq Komitəsinin qapalı iclasında iştirak ediblər.

Tədbir 54 ölkədən nümayəndənin qatıldığı Avrasiya İqtisadi Forumu çərçivəsində baş tutub.

İclasda çıxış edən N.İmanov Azərbaycanın Beynəlxalq İpək Yolu Akademiyasının yaradılmasını dəstəklədiyini və AMEA-nın bu istiqamətdə görüləcək işlərə köməklik göstərəcəyini söyləyib. O, daha sonra qurulmaqda olan akademiyanın missiyasına, təşkilati strukturuna, idarəetmə prinsiplərinə və maliyyələşmə qaydalarına dair mülahizələrini iclas iştirakçılarının nəzərinə çatdırıb.

Sonda N.İmanovun çıxışı ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: