Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Cəlil Məmmədquluzadənin “Poçt qutusu” tacik dilində nəşr edilib
16.09.2019 13:02
  • A-
  • A
  • A+

Cəlil Məmmədquluzadənin “Poçt qutusu” tacik dilində nəşr edilib

Prezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən bu il görkəmli yazıçıya həsr olunmuş bir sıra tədbirlər keçirilir. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin layihəsi və ideya müəllifliyi ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı və ictimai xadim Cəlil Məmədqulzadənin əsərləri xarici dillərə tərcümə edilərək nəşr olunur. 

Tacikistanın paytaxtı Düşənbədə Cəlil Məmmədquluzadənin “Poçt qutusu” kitabı növbəti dəfə tacik dilində nəşr edilib.

Kitaba akademik İ.Həbibbəyli “Azərbaycanın görkəmli yazıçısı Cəlil Məmmədquluzadə” adlı geniş həcmli müqəddimə yazıb. Müqəddimədə Azərbaycan ədəbiyyatının çoxəsrlik tarixinə, görkəmli yaradıcı simalarına yer ayrılıb, tacik oxucusuna “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadənin həyatı və zəngin yaradıcılığı haqqında geniş ensiklopedik məlumatlar təqdim edilib.

Kitaba Cəlil Məmmədquluzadənin “Poçt qutusu”, “Usta Zeynal”, “Nigarançılıq”, “Molla Fəzləli”, “Xanın təsbehi”, “Qəssab”, “Quzu”, “Qurbanəli bəy”, “Məşrutə”, “Bəlkə də qaytardılar”, “Yuxu”, “Pirverdinin xoruzu”, “Saqqallı uşaq” və “Baqqal” kimi dünyaca məşhur hekayələri daxil edilib.

Əsərləri tacik dilinə çevirmiş Tacikistanın tanınmış ədəbiyyatşünas alimi, professor Muxammadsalom Maxşulovun “Tərcüməçidən ön söz” başlıqlı yazısında Cəlil Məmmədquluzadənin əsərlərinin ideya-bədii xüsusiyyətlərindən ətraflı bəhs olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: