Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Azərbaycan musiqi tarixi" kitabının IV cildinin təqdimatı olacaq
18.09.2019 15:26
  • A-
  • A
  • A+

“Azərbaycan musiqi tarixi" kitabının IV cildinin təqdimatı olacaq

Sentyabrın 20-də saat 12:00-da Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli sənətşünas alim, musiqi mənbəşünaslığının banisi, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, akademik Zemfira Səfərovanın “Azərbaycan musiqi tarixi" kitabının IV cildinin təqdimat mərasimi keçiriləcək.

Tədbir Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq. 

Qeyd edək ki, Memarlıq və İncəsənət İnstitutunun bir qrup əməkdaşının birgə əməyinin bəhrəsi olan “Azərbaycanın musiqi tarixi” kitabı akademik Zemfira Səfərovanın layihəsi əsasında və onun elmi redaktorluğu ilə nəşr edilib.

Ünvan: Bakı şəh., Xaqani küç. 55.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: