Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

19.09.2019 09:33
  • A-
  • A
  • A+

Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun “Mücrü” kitabının təqdimatı keçirilib

Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun “Mücrü” kitabının təqdimatı keçirilib

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Xalq yazıçısı, görkəmli alim və pedaqoq Gülhüseyn Hüseynoğlunun seçilmiş əsərlərinin yer aldığı “Mücrü” kitabının təqdimatı keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, akademik Abel Məhərrəmov, AYB-nin katibi, Xalq yazıçısı Çingiz Abdullayev və ədəbiyyatşünas alimlər iştirak ediblər.

AMEA-nın dəstəyi ilə nəşr olunan kitabın ideya müəllifi akademik Akif Əlizadə, redaktoru və “Ön söz”ün müəllifi akademik Teymur Kərimlidir.

Mərasimi AYB-nin katibi İlqar Fəhmi açaraq G.Hüseynoğlunun yaradıcılığını yad etdiklərinə görə AMEA rəhbərliyinə təşəkkürünü bildirib.

Sonra akademik Akif Əlizadə çıxış edərək Mikayıl Müşfiqin yaradıcılığını dərindən araşdıran yazıçıya böyük rəğbət bəslədiyini söyləyib, ədibin Azərbaycan ədəbiyyatının inkişafındakı rolundan bəhs edib.

Tədbirdə, həmçinin akademiklər - İsa Həbibbəyli, Teymur Kərimli, Abel Məhərrəmov, Xalq yazıçısı Çingiz Abdullayev, filologiya üzrə elmlər doktorları - Vaqif Yusifli, Məmməd Əliyev və digərləri çıxış edərək G.Hüseynoğlu ilə bağlı xatirələrini bölüşüb, yazıçının antisovet fəaliyyətindən, azadlıq uğrunda mübarizəsindən danışıblar.

Sonda yazıçının oğlu Toğrul Abdullayev kitabın nəşrinə görə AMEA rəhbərliyinə və tədbirin iştirakçılarına minnətdarlığını bildirib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: