Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İtaliya Botanika Cəmiyyəti ilə Azərbaycan Botaniklər Cəmiyyəti arasında əməkdaşlıq memorandumu imzalanıb
19.09.2019 15:50
  • A-
  • A
  • A+

İtaliya Botanika Cəmiyyəti ilə Azərbaycan Botaniklər Cəmiyyəti arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Botaniklər Cəmiyyətinin sədri, AMEA-nın Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə xüsusi dəvət əsasında İtaliyanın Padua şəhərində keçirilən İtaliya Botanika Cəmiyyətinin 114-cü Konqresində iştirak edib.

Konqres çərçivəsində tarixdə ilk dəfə olaraq İtaliya Botanika Cəmiyyəti ilə Azərbaycan Botaniklər Cəmiyyəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədi professor Consolata Siniskalko və akademik V.Əlizadə imzalayıblar.

Memoranduma əsasən, cəmiyyətlər müştərək elmi-tədqiqat layihələrinin hazırlanması, kadr və təcrübə mübadiləsinin aparılması, elmi konfrans, görüş və elmi-texniki sərgilərin təşkili, həmçinin elm-təhsil-siyasət platformasında biomüxtəlifliyin mühafizəsində birgə fəaliyyət göstərəcəklər. Sənəddə yaxın gələcəkdə dəyişən təbiətdə bu sahədə yeni çağrış və imkanların birgə müzakirə və istifadəsinə dair görüşlərin keçirilməsi də nəzərdə tutulur. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: