Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Nizami Cəfərovun “Azərbaycan ədəbiyyatı tarixinin etüdləri” kitabı Türkiyədə çapdan çıxıb
20.09.2019 14:16
  • A-
  • A
  • A+

Akademik Nizami Cəfərovun “Azərbaycan ədəbiyyatı tarixinin etüdləri” kitabı Türkiyədə çapdan çıxıb

Mədəniyyət Nazirliyinin “Azərbaycan kitabının dünyada tanıdılması” layihəsi çərçivəsində akademik Nizami Cəfərovun qələmə aldığı “Azərbaycan ədəbiyyatı tarixinin etüdləri” kitabı Türkiyə türkcəsində çap olunaraq oxuculara təqdim edilib.

Kitabda Azərbaycan ədəbiyyatı tarixinin əsas dövrləri, böyük şəxsiyyətlərin yaradıcılıq yolu, həmçinin ideya-estetik təmayüllər işıqlandırılıb. Nəşrdə N.Gəncəvi, Füzuli, M.P.Vaqif, Aşıq Ələsgər, M.Ə.Sabir, Ə.B.Hüseynzadə, A.İldırım, S.Vurğunun, M.Hüseyn, M.Müşviq, İ.Şıxlı, B.Vahabzadə, N.Həsənzadə, Anar, Elçin, Zəlimxan Yaqub, Afaq Məsud və digər görkəmli söz adamlarının yaradıcılığına ayrıca oçerklər həsr edilib. Müəllif çalışıb ki, türkiyəli oxucularda Azərbaycan ədəbiyyatı barədə qədim dövrlərdən bu günə qədər aydın elmi təsəvvür yaransın.

Nəşr Türkiyədə fəaliyyət göstərən əsas təhsil müəssisələrinin kitabxanalarına hədiyyə olunub.

Kitabı Türkiyə türkcəsinə tanınmış yazar Yurtsevən Şən çevirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: