Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Rumıniyalı alim akademik Kamal Abdullayevin yaradıcılığını dünya ədəbiyyatı kontekstində təhlil edib
24.09.2019 15:07
  • A-
  • A
  • A+

Rumıniyalı alim akademik Kamal Abdullayevin yaradıcılığını dünya ədəbiyyatı kontekstində təhlil edib

Tanınmış ədəbiyyatşünas alim, Rumıniyanın Yassı Dövlət Universitetinin əməkdaşı, filologiya elmləri doktoru, Lyudmila Bejenarunun “Literaturnıy Azerbaydjan” jurnalında “Kamal Abdullayevin yaradıcılığı dünya ədəbiyyatı kontekstində” sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullayevin çoxşaxəli yaradıcılığından geniş bəhs olunur. Həmçinin alimin “Kitabi-Dədə Qorqud” dastanına yeni baxış və düşüncə forması gətirməsindən, tarixi, etnoqrafik və mifik məqamların bir sistem kimi qurulmasından danışılır. 

Məqalədə Kamal Abdullayevin yaradıcılığı yeni Azərbaycan milli ədəbiyyatının, Avropa və Asiyanın, xristianlığın və İslamın, zərdüştiliyin və yəhudiliyin, ərəb, türk, Qafqaz, İran və slavyan dünyalarının qovuşduğu yeni mədəni məkanın, Avropa mədəniyyətləri birliyinin bərabərhüquqlu üzvü kimi başqa milli mədəniyyətlərin nailiyyətləri ilə yaradıcılıq yarışına girərək, öz qüvvələrini beynəlxalq səhnədə sınayan bir mədəniyyətin formalaşmasının vacib elementi kimi göstərilir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: