Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“İslam sivilizasiyası və elm: tarix və müasirlik” konfransının materialları çap olunub
25.09.2019 11:47
  • A-
  • A
  • A+

“İslam sivilizasiyası və elm: tarix və müasirlik” konfransının materialları çap olunub

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) və Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) birgə təşkilatçılığı ilə keçirilmiş “İslam sivilizasiyası və elm: tarix və müasirlik” mövzusunda konfransın materialları nəşr olunub.

Konfransa təqdim edilən 17 məqalənin aktuallığı, elmi əhəmiyyəti Təşkilat Komitəsi tərəfindən seçilərək kitaba daxil edilib.

Nəşrə “Ön söz” yazan Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov qeyd edib ki, ölkəmizdə daima elmin və təhsilin inkişafına böyük qayğı göstərilir. Rektor vurğulayıb ki, ali təhsil müəssisəsində gənclərin elmi tədqiqatlara cəlb olunması məqsədilə müxtəlif tədbirlər təşkil edilir. Bu qəbildən olan tədbirlər araşdırma aparan gəncləri bir araya gətirərək, fənlərarası istiqamətdə tədqiqatların inkişafına töhfə verəcək.

Qeyd edək ki, sözügedən konfrans cari il aprelin 4-də AMEA-da Elm Günü çərçivəsində baş tutub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: