Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Dərbənddə azərbaycanlı mütəxəssislərin iştirakı ilə nadir əl xalçaları muzeyi yaradılacaq
26.09.2019 10:47
  • A-
  • A
  • A+

Dərbənddə azərbaycanlı mütəxəssislərin iştirakı ilə nadir əl xalçaları muzeyi yaradılacaq

“Dərbənd şəhəri” şəhər dairəsinin rəhbəri Xizri Abakarov “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə heyətinin sədri, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunun müdiri, professor Vidadi Muradovla görüşüb.

Görüşdə Dərbənd şəhərində əl işi olan nadir xalçaların sərgilənəcəyi Etnoqrafiya mərkəzinin yaradılması ideyası müzakirə olunub. Mərkəzin yaradılması və formalaşdırılmasında, fəaliyyətinin təşkilində Azərbaycan xalçaçıları, memarları və dizaynerlərinin təcrübəsindən istifadə ediləcək.

Vurğulanıb ki, mütəxəsislər tərəfindən Dərbənd şəhəri və onun ətrafında olan yaşayış məntəqələrində XVII əsrin sonu  - XX əsrin əvvəllərində toxunmuş nadir qədim xalçalardan ibarət kolleksiya hazırlanıb. Həmin xalçalar hazırda sertifikatlaşma prosesindən keçirilir.

Qeyd edək ki, professor Vidadi Muradovun rəhbərliyi ilə 2015-2016-cı illərdə AMEA Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birlikdə Dərbənd şəhərinin 2000 illiyinə həsr edilmiş “Dərbənd xalçaçılığı” elmi-tədqiqat layihəsi həyata keçirib. Layihənin nəticəsi olaraq “Dərbənd xalçaçılığı” (“Дербентское ковроткачество”) monoqrafiyası nəşr edilib. Alim bu istiqamətdəki faəliyyətinə görə 2016-cı ildə “Dağıstanın Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: