Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Amerikalı seysmoloqlar Azərbaycanda tədqiqatlar aparırlar
27.09.2019 12:10
  • A-
  • A
  • A+

Amerikalı seysmoloqlar Azərbaycanda tədqiqatlar aparırlar

ABŞ-ın Miçiqan Dövlət Universitetinin Yer və Ətraf Mühit Elmləri Departamentinin professoru Kevin Mackey və Missuri Universitetinin elmi işçisi Utku Koçum Azərbaycanda ezamiyyətdədirlər.

Səfər AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi, ABŞ Enerji Departamenti və Ukrayna Elm və Texnologiya Mərkəzinin "Qafqaz Kəsilişi" birgə layihəsi çərçivəsində gerçəkləşib. Ezamiyyət ərzində Hacıqabul, Neftçala, Göyçay, İsmayıllı, Quba və Qusar rayonlarında quraşdırılmış seysmik stansiyalarda texniki yenilənmə işlərinin aparılması və məlumatların toplanılması nəzərdə tutulub.

Qeyd edək ki, Hacıqabul, Neftçala, Göyçay rayonlarında quraşdırılmış stansiyalarda işlər tamamlanıb, İsmayıllıda isə davam etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: