Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

27.09.2019 16:29
  • A-
  • A
  • A+

Ədəbiyyat Muzeyinin Aran regional filialının zəngin ekspozisiyası məktəbliləri heyran edib

Ədəbiyyat Muzeyinin Aran regional filialının zəngin ekspozisiyası məktəbliləri heyran edib

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialı regionda fəaliyyət göstərən mədəni-maarif, təhsil müəssisələri ilə əlaqələrini genişləndirir. Tədris ilinin yeni başlamasına baxmayaraq, rayonun ümumtəhsil məktəblərinin şagirdləri muzeyə böyük maraq göstərirlər.

Belə ki, Çöhranlı və Muradxan kənd tam orta məktəblərinin şagirdləri muzeyin Aran regional filialını ziyarət edib, klassiklərimizin həyat və yaradıcılığını əks etdirən eksponatlarla tanış olublar.

Muzeyin əməkdaşları şagirdlərə klassik ədəbiyyatımızın görkəmli nümayəndələri və onların əsərləri barədə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.

Muzeyin zəngin kolleksiyası ilə tanış olan məktəblilər Azərbaycan tarixinə və mədəniyyətinə heyranlıqlarını ifadə ediblər.

Sonda müəllim və şagirdlər muzeyin rəy kitabına ürək sözlərini yazıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: