AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Həşimovanın “Milli-ideoloji məsələlər kontekstində Azərbaycan-özbək ədəbi əlaqələri” monoqrafiyası işıq üzü görüb.
Monoqrafiyada zəngin tarixə malik Azərbaycan və özbək ədəbi əlaqələri çoxsaylı faktlar və materiallar əsasında araşdırılıb, müasir Azərbaycan və özbək poeziyalarının ortaq xüsusiyyətləri, qarşılıqlı bədii tərcümə problemləri, müstəqillik dövründə Azərbaycan və özbək xalqlarının ədəbiyyatlarının nəzəri-tipoloji müqayisəsi və digər elmi-ədəbi məsələlər işıqlandırılıb.
Dörd fəsil və on iki bölmədən ibarət yeni nəşr müasir özbək ədəbiyyatının öyrənilməsi, türk xalqlarının inteqrasiyası, ədəbi əlaqələrin ortaq və milli inkişaf xüsusiyyətlərinin müəyyənləşməsi baxımından əhəmiyyətlidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.