Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Humanitar Elmlər Bölməsinin büro iclası keçirilib
03.10.2019 15:51
  • A-
  • A
  • A+

Humanitar Elmlər Bölməsinin büro iclası keçirilib

AMEA Rəyasət Heyətində Humanitar Elmlər Bölməsinin büro iclası keçirilib. İclasda bölmənin büro üzvləri, elmi müəssisələrin direktor və direktor müavinləri, elmi katibləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə bölmənin akademik-katibi, akademik Teymur Kərimli açaraq büro iclası barədə iştirakçılara məlumat verib, bölmə üzrə qarşıda duran məsələləri diqqətə çatdırıb.

İclasda bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub.

İlk olaraq Folklor İnstitutunun strukturunda dəyişiklik edilməsi, o cümlədən institutda Folklor nəzəriyyəsi şöbəsinin yaradılması məsələsinə baxılıb. Müzakirələrdən sonra adıçəkilən şöbənin formalaşdırılmasıyla bağlı layihənin Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

Daha sonra Nəsimi adına Dilçilik İnstitutunun elmi şurasının tərkibində dəyişiklik edilməsi məsələsi müzakirə olunub.

Büro iclası müxtəlif vəzifələrə öz fəaliyyətləri ilə fərqlənən uyğun kadrların müəyyənləşdirilməsi əsnasında davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: