Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin yeni nömrəsi işıq üzü görüb
04.10.2019 10:10
  • A-
  • A
  • A+

“Elm” qəzetinin yeni nömrəsi işıq üzü görüb

AMEA Rəyasət Heyətinin mətbu orqanı olan  "Elm" qəzetinin növbəti nömrəsi bu gün çapdan çıxıb.

Qəzetin bu sayında AMEA Rəyasət Heyətinin iclası, Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlinin “Azərbaycan muğamı milli və bəşəri identiklik vasitəsi kimi” mövzusunda elmi məruzəsi, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyevin Türkiyədə beynəlxalq konfransda iştirakı, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması Müqaviləsi Təşkilatının ekspertlərinin Geologiya və Geofizika İnstitutuna səfəri, akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun yaradılmasının 90 illik yubileyinə həsr olunan yığıncaq barədə məlumatlar oxucuya təqdim edilir.

Bundan əlavə, nəşrdə "Elmin inkişafında silinməz izlər qoymuş alim", "Fədakar və yorulmaz tədqiqatçı", "Nəsimi irsi və Azərbaycan ədəbiyyatında hökmdar-sənətkar bağları", "Milli oyanış hərəkatının fədaisi", "Böyük alim, gözəl insan", "Seçilmiş yola sədaqət" adlı məqalələr yer alıb.

Qəzetdə, həmçinin rus dilində materiallar da əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: