Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Müasir dünyada meşə patogenləri mövzusunda müzakirələr aparılıb
04.10.2019 11:45
  • A-
  • A
  • A+

Müasir dünyada meşə patogenləri mövzusunda müzakirələr aparılıb

Rumıniyanın Suçeava şəhərində Beynəlxalq Meşə Tədqiqatları Təşkilatı Birliyinin (IUFRO) “Meşə patogenləri və həşəratlarının öyrənilməsinin əhəmiyyəti və bu sahədə son yeniliklər” adlı İşçi Qrupunun təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilib.

Tədbirin məqsədi dəyişən ətraf mühitdə meşə patologiyası və entomologiyası sahəsində tədqiqat aparan alimləri bir araya gətirmək, bu sahədəki ortaq problemləri müzakirə etmək olub. 

22 ölkədən nümayəndənin qatıldığı konfransda ölkəmizi Botanika İnstitutunun laboratoriya müdiri, AMEA-nın professoru Dilzarə Ağayeva təmsil edib. D.Ağayeva tədbirdə “Azərbaycanda meşə ağac və kollarının unlu şeh göbələkləri” mövzusunda məruzə ilə çıxış edib. O, həmçinin mikoloq alimlərlə əməkdaşlıq perspektivləri barədə müzakirələr aparıb, magistr və tələbələrin xaricdə təcrübə keçmə imkanlarını araşdırıb.

Qeyd edək ki, 125 illik tarixə malik olan IUFRO 110-dan artıq ölkədə yerləşən 700 təşkilatdan 15 mindən çox tədqiqatçını birləşdirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: