Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

07.10.2019 12:22
  • A-
  • A
  • A+

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə tanışlıq finlandiyalı şairədə xoş təəssürat yaradıb

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə tanışlıq  finlandiyalı şairədə xoş təəssürat yaradıb

Bakıda keçirilmiş “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının fəxri qonağı finlandiyalı şairə, tərcüməçi Olqa Svanberq AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib.

Muzeyin zalları ilə tanış olan qonaq klassik Azərbaycan ədəbiyyatına heyranlığını  bildirib. O, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin qəzəllərini rus dilinə tərcümə etdiyini vurğulayıb.

Olqa Svanberq muzeyin ekspozisiyasının zənginliyinin onda xoş təəssürat yaratdığını deyərək, rəylər kitabına öz ürək sözlərini yazıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: