Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Tibb və fiziologiya üzrə Nobel mükafatına amerikalı və britaniyalı alimlər layiq görülüblər
07.10.2019 13:34
  • A-
  • A
  • A+

Tibb və fiziologiya üzrə Nobel mükafatına amerikalı və britaniyalı alimlər layiq görülüblər

Bu gün İsveçdə 2019-cu il üçün tibb və fiziologiya üzrə Nobel mükafatının laureatları məlum olub.

nobelprize.org saytı xəbər verir ki, bu mükafata amerikalı alimlər Villiam Kaelin və Qreq Semenza, həmçinin britaniyalı alim Sir Peter Ratcliffe layiq görülüblər. Onlar hüceyrələrin oksigen mühitinə uyğunlaşmasındakı kəşflərinə görə Nobel mükafatı ilə təltif ediliblər.

Qeyd edək ki, oktyabrın 8-də fizika, 9-da kimya, 10-da isə ədəbiyyat üzrə laureat Nobel Komitəsinin qərarı İsveçdə elan ediləcək. Oktyabrın 11-də isə Nobel sülh mükafatı laureatının adı, həmişə olduğu kimi Osloda elan olunacaq. İsveç Dövlət Bankı tərəfindən 1968-ci ildə təsis edilmiş Alfred Nobel xatirəsinə həsr olunan, İqtisadiyyat üzrə Nobel mükafatının laureatı isə oktyabrın 14-də müəyyənləşəcək.

  • Paylaş: