Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA ilə Türk Akademiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb
17.06.2014 00:00
  • A-
  • A
  • A+

AMEA ilə Türk Akademiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb

AMEA prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətində qazaxıstanlı həmkarı – Türk Akademiyasının (TA) prezidenti, akademik Darxan Kıdıralının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə AMEA-nın vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli vəİbrahim Quliyev də iştirak ediblər. Əsas məqsəd iki qurum arasında mövcud əməkdaşlığın davam etdirilməsi, təhsil və beynəlmiləlləşmə, həmçinin elmi tədqiqatların təkmilləşdirilməsi imkanları istiqamətində müzakirələrin aparılması idi.

Görüş çərçivəsində AMEA ilə TA arasında memorandum imzalanıb. Sənəddə elmi layihələrə dəstək, müştərək konfrans və simpoziumların təşkili, İşçi qruplarının yaradılması, yeni nəşrlərlə bağlı təqdimatların keçirilməsi, həmçinin elmi texniki sənədlərin mübadiləsi nəzərdə tutulur. Memorandumun əsas hədəflərindən biri Türkologiya sahəsində uzunmüddətli və konstruktiv əməkdaşlığa nail olmaqdır.

5 illik müqavilədə nəzərdə tutulan məsələlərin həyata keçirilməsini təmin etmək məqsədilə tərəflər Bakıda və Astanada illik iclas keçirəcəklər. Əməkdaşlıq zamanı əldə ediləcək nəticələrin dörd il sonra müzakirə olunması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: