Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru Avropa alimləri ilə görüşüb
17.06.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru Avropa alimləri ilə görüşüb

AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Zeynal Əkpərov Fransanın İNRA (National Institute of Agronomic Research - Milli Aqronomik Araşdırmalar Mərkəzi) təşkilatının gilas üzrə tədqiqat qrupunun rəhbəri Dr. Joze Qarsiya, İspaniyanın Aqrar Tədqiqatlar üzrə Mursiya İnstitutunun alimi Qreqorio Lopez və Almaniyanın Julius Kühn İnstitutunun gilas üzrə seleksiyaçı alimi Dr. Mirko Şusteri qəbul edib. Alimlər Avropa Komissiyasının Mariya Küri tədqiqatçı mübadiləsi proqramı, həmçinin elm və texnologiya üzrə Avropa əməkdaşlıq proqramları çərçivəsində Azərbaycana səfər ediblər.

Görüş zamanı Avropa layihələrində birgə iştirak, həmçinin institutun Avropanın elm və texnologiya üzrə əməkdaşlıq proqramına qoşulması imkanları müzakirə edilib. Görüşdə müştərək tədqiqatların aparılması və kadr hazırlığı sahəsində müəyyən razılaşmalar əldə edilib.

Sonra qonaqlar institutda “Klassik Seleksiyadan Marker Əsaslı Seleksiyaya doğru” mövzusu üzrə seminarda çıxış ediblər.

Qeyd edək ki, alimlər 22 iyunadək institutda aparılan tədqiqatlarda iştirak edəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: