Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

BMT-nin eksperti Radiasiya Problemləri İnstitutunda olub
17.10.2019 09:42
  • A-
  • A
  • A+

BMT-nin eksperti Radiasiya Problemləri İnstitutunda olub

AMEA-nın Radiasiya Problemləri İnstitutunda BMT-nin Ətraf Mühit Proqramının eksperti Stefan Şvietske ilə görüş keçirilib.

Görüşdə institutun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov rəhbərlik etdiyi elmi müəssisənin tarixi, fəaliyyət istiqamətləri, nailiyyətləri və beynəlxalq əməkdaşlıq əlaqələrindən danışıb.

Sonra Stefan Şvietske BMT-nin Ətraf Mühit Proqramının atmosferə metan emissiyalarının təyininə həsr olunmuş layihəsi barədə məlumat verib. O, neft hasil edən ölkələrdə həyata keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində Azərbaycandan əvvəl ABŞ, Kanada, Norveç və digər ölkələrdə apardığı tədqiqatlardan danışıb, müvafiq istiqamətdə gözlənilən nəticələr, eləcə də tətbiq olunacaq metodlardan bəhs edib.

SOCAR, Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirdiyi görüşlərin nəticələri haqqında məlumat verən qonaq institut alimlərini əməkdaşlığa dəvət edib.

Daha sonra S.Şvietske görüş iştirakçılarının suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: