Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Türkologiya” jurnalının üçüncü nömrəsi çapdan çıxıb
17.10.2019 15:32
  • A-
  • A
  • A+

"Türkologiya” jurnalının üçüncü nömrəsi çapdan çıxıb

AMEA Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının 2019-cu il üçün üçüncü nömrəsi çapdan çıxıb.

Jurnalın bu nömrəsində Azərbaycan, rus, ingilis və türk dillərində Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və Macarıstan türkoloqlarının məqalələri yer alıb.

Yeni nömrədə “Dilçilik”, “Ədəbiyyat və folklor”, “Mədəniyyət və incəsənət”, “Müzakirə və diskussiya” rubrikalarında “Ça: axan suyun səsi”, “Xakas dilində qoxu kodu prizmasından dünyanın qavrayışı”, “Təbriz folkloru Sürəyya xan Şapşalın təqdimatında”, “Türk runları vasitəsilə “baş”, “kort” və “stan” sözlərinin rekonstruksiya təcrübəsi” kimi orijinal elmi-nəzəri məqalələr dərc olunub.

Jurnalın “Müzakirə və diskussiya” rubrikasında “Kitabi-Dədə Qorqud”a aid yeni əlyazmanın tapılması ilə əlaqədar elmi məqalələr verilib. “Elmi həyat” rubrikasında dünyanın bir çox ölkələrində türkologiya sahəsində keçirilən konfrans və simpoziumlar, bu elmi toplantılarda müzakirə edilən məsələlər, “Resenziyalar” və “Personalia” rubrikalarında isə türkologiyada əlamətdar hadisələrə dair maraqlı yazılar əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: