Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azәrbaycan vә Almaniya alimlәri Qafqazda seysmoloji tədqiqatların nəticələrini müzakirə ediblәr
18.06.2014 00:00
  • A-
  • A
  • A+

Azәrbaycan vә Almaniya alimlәri Qafqazda seysmoloji tədqiqatların nəticələrini müzakirə ediblәr

Azәrbaycan vә Almaniya alimlәri Qafqazda seysmoloji tədqiqatların nəticələrini müzakirə ediblәr. Bu məqsədlə AMEA Geologiya vә Geofizika İnstitutunda (GGİ) Almaniyanın Potsdam şəhərində yerləşən Helmholdz adına Geoloji Elmlər üzrə Tədqiqatlar Mərkəzinin mütəxəssisləri ilә görüş keçirilib. Tədbiri giriş sözü ilə açan institutun Hövzə modelləşdirilməsi və geotexnologiyalar şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov Qafqaz dağlarında aparılmış araşdırmaların nəticələri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

GETM-in region məsələləri üzrə direktor müavini Vorqan Misinger, elmi içraçı heyətinin üzvü Lüdviq Stroinq, Erkən Xəbərdarlıq Xidməti şöbəsinin əməkdaşı Marko Pilz, həmçinin Almaniya Akademik Mübadilə Xidmətinin (DAAD) Azərbaycandakı direktoru Nikola Uliş çıxış edərək nümayiş etdirilən nəticələri yüksək qiymətləndiriblər. Qonaqlar öz növbəsində Mərkəzi Asiyada seysmologiya və geodinamikaya aid apardıqları tədqiqatların nəticələrindən bəhs ediblər. Geoloji hadisələrin tədqiqinə dair təqdimatlar ətrafında fiki mübadiləsi aparılıb, nəticələr müqayisə və təhlil edilib.

Görüşdə, həmçinin Xəzər dənizinin səviyyə dəyişmələri, ekoloji vəziyyəti və geomüxtəlifliyi istiqamətində həyata keçirilmiş tədqiqatlar müzakirə olunub.

Sonda qeyd olunan sahələrdə səyləri cəmləşdirmək və birgə tədqiqatlar aparmaq üçün imkanlar araşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: