Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Məşhur türk təsəvvüf aliminin əsəri çap olunub
18.10.2019 15:02
  • A-
  • A
  • A+

Məşhur türk təsəvvüf aliminin əsəri çap olunub

XV əsrin sonu - XVI əsrin əvvəllərində yaşamış məşhur türk təsəvvüf alimi Mahmud bin Osman Lamei Çələbinin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan “Münşəat-i Məkatib” əsəri nəşr olunub.

Əsəri transfoneliterasiya edib nəşrə hazırlayanlar Əlyazmalar İnstitutunun əməkdaşları Arif Ramazanov və Tahirə Əliyevadır. Transfoneliterasiya zamanı əsərin dili olduğu kimi saxlanılıb, orijinal mətn kitaba daxil edilib.

Kitabın elmi məsləhətçisi akademik Teymur Kərimli və filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimovdur. Filologiya üzrə elmlər doktoru, professor Azadə Musayeva nəşrin elmi redaktoru, fəlsəfə üzrə elmlər doktoru, dosent Zəkiyyə Əbilova və Hacı Mustafa Mailoğlu isə rəyçiləridir.

Kitabda əsərin Əlyazmalar İnstitutunda saxlanılan yeganə Bakı nüsxəsinin geniş təsviri verilir. Əsər ərəb, fars və türk dillərində yazılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: