Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Qafqazşünaslıq İnstitutunun direktoru beynəlxalq elmi simpoziumda məruzə edib
22.10.2019 13:43
  • A-
  • A
  • A+

Qafqazşünaslıq İnstitutunun direktoru beynəlxalq elmi simpoziumda məruzə edib

Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı Türk Tarix Qurumu və İğdır Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Türk-erməni münasibətləri” mövzusunda birinci beynəlxalq elmi simpoziumda iştirak edib.

Türkiyə, Azərbaycan, ABŞ, İtaliya, Hindistan və Ukrayna tarixçilərinin iştirak etdiyi simpoziumun bölmə iclasında M.Qasımlının “XIX əsrin sonları - XX əsrin əvvəllərində İğdırda erməni silahlı dəstələrinin törətdikləri qırğınlar (Rusiya və Gürcüstan arxiv mənbələri əsasında)” mövzusunda məruzəsi maraqla qarşılanıb.

Simpoziumun yekun dəyərləndirməsini AMEA-nın müxbir üzvü M.Qasımlı, Türkiyənin görkəmli tarixçiləri - professorlar Kamal Çiçək, Hikmət Öksüz və Esen Dayı aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: