Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Füzuli düşünür” kitabı çapdan çıxıb
29.10.2019 13:37
  • A-
  • A
  • A+

“Füzuli düşünür” kitabı çapdan çıxıb

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektoru tərəfindən “Füzuli düşünür” kitabı nəşr olunub. Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 15 aprel Sərəncamına uyğun olaraq hazırlanmış toplu institutun Elmi şurasının qərarı ilə çap edilib.

Kitabda akademik Məmməd Cəfər Cəfərovun Məhəmməd Füzuliyə həsr olunmuş ədəbi-tənqidi məqalələri toplanıb. Alimin bir-birinin məntiqi davamı sayılan “Füzuli sevir”, “Füzuli düşünür”, “Füzuli yaşayır” kimi tədqiqatlarında Füzulinin elmi-fəlsəfi fikirləri araşdırılıb. Nəşrə Məmməd Cəfər Cəfərovun “Azərbaycanın dahi şairi və filosofu”, “Füzulinin sənəti və görüşləri haqqında” və “Füzuli 500 illiyini gözləyir” məqalələri də daxil edilib.

“Füzuli kitabxanası” seriyasından III kitab olan nəşrin elmi məsləhətçisi və “Ön söz”ün müəllifi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, elmi redaktorları filologiya üzrə elmlər doktoru Ataəmi Mirzəyev və filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Ağayevadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: