Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Geoelmlər üzrə Alman Araşdırma Mərkəzinin nümayəndəsi AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində olub
29.10.2019 16:50
  • A-
  • A
  • A+

Geoelmlər üzrə Alman Araşdırma Mərkəzinin nümayəndəsi AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində olub

Geoelmlər üzrə Alman Araşdırma Mərkəzinin Geodeziya bölməsinin rəhbəri, professor Mahdi Motagh AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Monitorinq Mərkəzində olub.

Qonaq RSXM-də görülən işlərlə yaxından tanış olub. Mərkəzin Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova RSXM-də aparılan kompleks seysmoloji, geofiziki, geokimyəvi tədqiqatlar və alınmış nəticələrin emalına dair təqdimatla çıxış edib.

Görüşdə RSXM-in Zəlzələlərin tədqiqatı bürosunun rəisi, Yer elmləri  üzrə fəlsəfə doktoru Səidə İsmayılova, Geodinamika şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazimov və digər əməkdaşlar da iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: