Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Yusuf Heydər oğlu Məmmədəliyev. Biobiblioqrafik göstərici” kitabı çapdan çıxıb
31.10.2019 11:17
  • A-
  • A
  • A+

“Yusuf Heydər oğlu Məmmədəliyev. Biobiblioqrafik göstərici” kitabı çapdan çıxıb

“Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından dünya şöhrətli kimyaçı alim, Dövlət Mükafatı laureatı, akademik Yusuf Məmmədəliyevin həyat və elmi yaradıcılığına həsr olunmuş “Yusuf Heydər oğlu Məmmədəliyev. Biobiblioqrafik göstərici” kitabı işıq üzü görüb.

Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinin tədbirlər planına əsasən hazırlanan kitabdakı bir çox materiallar ilk dəfə olaraq çap olunur. 

“Elm” Nəşriyyatının məhsulu olan biblioqrafik göstəricidə böyük ensiklopedik biliyə malik Y.Məmmədəliyevin elmi-ictimai fəaliyyəti, onun neft kimyası, neft-kimya sənayesi, neft emalı, polimer kimyası elmləri üzrə uğurlu kəşfləri, Azərbaycan Elmlər Akademiyasının prezidenti kimi gördüyü işlər, əsərləri və qoyduğu böyük elmi irs barədə ətraflı məlumat yer alıb.

Biobiblioqrafik vəsait məktəblilər, tələbə və doktorantlar, tədqiqatçılar, elm tarixini öyrənənlər, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: