Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“NKPİ-nin 90 illik inkişafı: keçmişin təcrübəsindən, gələcəyin layihələrinə” kitabı çap olunub
01.11.2019 12:28
  • A-
  • A
  • A+

“NKPİ-nin 90 illik inkişafı: keçmişin təcrübəsindən, gələcəyin layihələrinə” kitabı çap olunub

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu (NKPİ) tərəfindən “NKPİ-nin 90 illik inkişafı: keçmişin təcrübəsindən, gələcəyin layihələrinə” kitabı üç dildə (Azərbaycan, rus və ingilis) çap edilib.

AMEA-nın “Elm” nəşriyyatında işıq üzü görən nəşr NKPİ-nin 90 illik yubileyinin tədbirlər planına əsasən hazırlanıb.

Kitabda institutun şərəfli tarixinin geniş təhlili verilib, həmçinin dünya elminə verdiyi töhfələr, SSRİ miqyasında tətbiq olunan işlər haqqında maraqlı tarixi faktlar əksini tapıb. Böyük Vətən müharibəsində faşizm üzərində qələbədə akademik Yusif Məmmədəliyev başda olmaqla institutun alim və mühəndislərinin xidmətləri layiqincə təhlil edilib.

Nəşr tələbələr, magistrlər, doktorantlar, tədqiqatçılar, elm tarixini araşdıranlar və geniş oxucu kütləsi üçün dəyərli vəsaitdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: