www.science.az
04.11.2019 14:29

“Evkalipt növlərinin Azərbaycanda iqlimləşdirilməsi və dendroxronoloji təhlili” kitabı çapdan çıxıb

AMEA Dendrologiya İnstitutunun Dendroxronologiya laboratoriyasının müdiri, b.ü.f.d. Samirə Bağırovanın “Evkalipt növlərinin Azərbaycanda iqlimləşdirilməsi və dendroxronoloji təhlili” kitabı çapdan çıxıb.

Nəşr Abşeron şəraitində yayılan Myrtaceae Adans fəsiləsinin Eucalyptus L'Herit cinsinə aid növlərin botaniki-coğrafi və bioekoloji xüsusiyyətləri, introduksiya tarixi, aqrotexnikası, zərərvericilərə qarşı mübarizə üsullarının seçilməsi, perspektivliyinin qiymətləndirilməsi və dendroxronologiyasının öyrənilməsi istiqamətində aparılan elmi-tədqiqat işlərinin nəticələrindən bəhs edir.

Bundan əlavə, kitabda evkalipt növlərinin Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun çoxaldılma üsulları, cücərtilərin morfologiyası, yerüstü və yeraltı orqanlarının böyümə və inkişaf dinamikası, fenoloji inkişaf fazaları, o cümlədən ekoloji mühit amillərinə qarşı davamlılığı, adaptasiya imkanları, dendroxronoloji təhlilin yaşıllaşdırmada tətbiqi, xalq təsərrüfatının müxtəlif sahələrində səmərəli istifаdə imkаnlаrı barədə ətraflı məlumat yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.