Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

07.11.2019 17:12
  • A-
  • A
  • A+

İranlı alim Əlyazmalar İnstitutunda olub

İranlı alim Əlyazmalar İnstitutunda olub

İran Elmlər Akademiyasının üzvü, Təbriz Universitetinin Fars dili və ədəbiyyatı fakültəsinin professoru Bağır Sədriniyə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub.

Humanitar Elmlər Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Teymur Kərimli ilə görüşdə qonağa müəssisədə saxlanılan fars əlyazmaları və bu istiqamətdə aparılan tədqiqat işləri barədə məlumat verilib.

B.Sədriniyə Əlyazmalar İnstitutu ilə elmi əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Görüş zamanı gələcəkdə İran Elmlər Akademiyası ilə Əlyazmalar İnstitutu arasında əməkdaşlıq müqaviləsinin imzalanmasına dair razılıq əldə edilib.

Sonda iranlı alim institutun Ekspozisiya zalı ilə tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: