Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim İtaliyada beynəlxalq tədbirdə iştirak edib
14.11.2019 17:29
  • A-
  • A
  • A+

Azərbaycanlı alim İtaliyada beynəlxalq tədbirdə iştirak edib

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq coğrafi-informasiya sistemləri laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü Amin İsmayılov İtaliyanın paytaxtı Roma şəhərində Beynəlxalq Torpaq İnformasiya Qurumları Şəbəkəsinin (INSII) V İşçi Sessiyasında iştirak edib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş Qərargahında keçirilən sessiyada "Qlobal icra: 2020-ci ildən sonrakı strategiya və həyata keçirilmə vəziyyəti", "Regional səviyyədə irəliləyiş", "Qlobal Torpaq İnformasiya Sistemində (GloSIS) irəliləyiş", "SoilSTAT - GSP Qlobal Torpaq Statistikası Sistemi" və "GSP Potensialının İnkişafı Proqramı" kimi mühüm mövzular müzakirə olunub.

BMT-nin Qlobal Torpaq Tərəfdaşlığı (GSP) platformasına uyğun olaraq təşkil edilən sessiyanın gedişində Azərbaycan, Rusiya və Moldova alimlərinin birgə hazırladıqları "Torpaq informasiyalarının standartlaşdırılması və mübadiləsi üçün müxtəlif dillərdə metaverilənlər bazası, obyekt modeli və proqram kompleksi"nin təqdimatı da olub.

Qeyd edək ki, beynəlxalq əməkdaşlıq şəraitində yaradılan proqram kompleksi Rusiya Federasiyasında patent kimi qeydiyyata alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: