Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Cəlil Məmmədquluzadənin nəslinin davamçıları Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olublar
18.11.2019 11:00
  • A-
  • A
  • A+

Cəlil Məmmədquluzadənin nəslinin davamçıları Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olublar

Görkəmli yazıçı, dramaturq, publisist, ictimai xadim, “Molla Nəsrəddin” jurnalının yaradıcısı Cəlil Məmmədquluzadənin nəslinin davamçıları – nəticəsi Martin Cavanşiri və kötükcəsi Przemislav Cavanşiri AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olublar.

Qonaqlar muzeyin zallarını, xüsusilə Cəlil Məmmədquluzadəyə həsr olunan otağı ziyarət edib, ədibin xatirə əşyalarını, “Molla Nəsrəddin” məcmuəsinin orijinal nömrələrini nəzərdən keçiriblər.

Sonda muzey tərəfindən nəşr olunan “Sabirin saatı”, “Söz məbədi” adlı kitablar qonaqlara hədiyyə edilib. 

Qeyd edək ki, Cəlil Məmmədquluzadənin nəslinin davamçıları AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin dəvəti ilə Bakıda səfərdədirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: